IMG-LOGO

SEPAH Hind okeanında ABŞ esminesinə zərbə endirdiyini bildirib

04 Mar 2026 03:19 3 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran sahillərindən təxminən 650 kilometr aralıda, Hind okeanındakı esminesinə raket zərbəsi endirdiyini iddia edib.

"Report"un "Tasnim" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə SEPAH-ın press-relizində bildirilib.

Bəyanata görə, SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ esminesi, eləcə də yaxınlıqda yerləşən yanacaqdoldurma gəmisinə "Qadr-380" və "Talaiyeh" raketləri atıb.

Gəminin adı da daxil olmaqla, əlavə məlumat verilməyib.

Xəbər lenti