IMG-LOGO

KİV: İranın Qum şəhərinə endirilən zərbələr nəticəsində altı nəfər həlak olub

04 Mar 2026 00:40 4 baxış
IMG

Bu gün (dünən-red) İranın Qum şəhərinə endirilən zərbələr nəticəsində altı nəfər həlak olub və daha 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Bugünkü zərbələr (ABŞ və İsrailin - red.) Qumda 6 nəfərin həyatına son qoyub və 30 nəfərin yaralanmasına səbəb olub. Dağıntıların (zərbə endirilmiş binanın - red.) təmizlənməsi hələ də davam edir", - məlumatda deyilir.

Daha əvvəl məlumat verilib ki, İsrail Müdafiə Qüvvələri İranın Qum şəhərində Ekspertlər Şurasının iclasının keçirilməli olduğu binaya zərbə endirib. İran mediası Şura üzvlərinin həmin binada olması faktını təkzib edərək, iclasın distant qaydada keçirildiyini qeyd edib. Öz növbəsində İsrail Ordusunun rəsmi nümayəndəsi Efi Defrin Quma zərbələrin endirildiyini təsdiqləyib.

Xəbər lenti