Bakıda “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda forum keçirilir.
Azərbaycanda iqtisadi tənzimləmədə sahibkarların büdcə gəlirləri formalaşıb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Forumda iqtisadi tənzimləmədə vergi orqanlarının artan rolu, biznes mühitinin inkişaf prioritetləri, sahibkarların büdcə gəlirlərinin formalaşmasında və dövlət-biznes münasibətlərinin şəffaf müstəvidə qurulmasında fəal iştirakı və vergi inzibatçılığı üçün yeni çağırışlar barədə fikirlərimizi bölüşdük”, - nazir qeyd edib.
“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən Forumda #iqtisadi tənzimləmədə #vergi orqanlarının artan rolu, #biznes mühitinin inkişaf prioritetləri, sahibkarların büdcə gəlirlərinin formalaşmasında və dövlət-biznes… pic.twitter.com/cXdbolv9m9
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 15, 2024 Bizim Telegram kanalımıza abunə olun