IMG-LOGO

Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb

14.02.2024 16:20 64 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda 491,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə 1,2 % çoxdur.

Son1 ildə bitkiçilik məhsullarının dəyəri 0,8 % artaraq 22,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 % artaraq 468,5 milyon manat olub.

Ötən ay ölkədə quş əti də daxil olmaqla diri çəkidə 46,3 min ton ət, 160,7 min ton süd, 188,3 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 1,5 %, yumurta istehsalı 3,4 % artıb, süd istehsalı isə eyni səviyyədə olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti