ABŞ Prezidenti Donald Tramp İranda əməliyyatın uğurla getdiyini elan edib.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri bunu CNBC jurnalisti Co Kernenə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır.
Tramp həmçinin vurğulayıb ki, ABŞ bu işi "təkcə özü üçün deyil, bütün dünya üçün" görür.