ABŞ İrana qarşı əməliyyatda dörd "B-2" strateji bombardmançı təyyarəsindən istifadə edib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Təyyarələr ABŞ-dan havaya qalxaraq İrandakı hədəfləri vurub və geri qayıdıb.
"Dörd "B-2" bombardmançı təyyarəsi ABŞ-dan uçaraq İrandakı yeraltı ballistik raket mərkəzlərinə onlarla 900 kiloqramlıq bomba atıb", - deyə məlumatda vurğulanıb.