İran region ölkələrinə hücum etmək niyyətində deyil.
"Report" xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X"dəki hesabında yazıb.
"Lakin ölkələrinizdə yerləşən bazalar bizə qarşı istifadə edilərsə və əgər ABŞ bu qüvvələrə arxalanaraq bölgədə əməliyyatlar keçirərsə, biz bu bazalara zərbələr endirəcəyik" , - o qeyd edib.
Onun fikrincə, əgər hansısa ölkədə Ağ Evin hərbi bazası varsa, həmin ərazi də ABŞ-yə məxsusdur.