IMG-LOGO

Yaxın Şərqdə gərginlik səbəbindən Gürcüstanın hava limanlarında 21 reys ləğv olunub

01 Mar 2026 16:31 3 baxış
IMG

Yaxın Şərq regionunda baş verən gərgin hadisələr səbəbindən Gürcüstanın əsas hava limanlarında 20-dən çox uçuş ləğv edilib.

"Report"un yerli bürosu xəbər verir ki, martın 1-də Tbilisi Beynəlxalq Hava Limanından 17 reys yerinə yetirilməyəcək. Batumi Beynəlxalq Hava Limanında isə bu günə planlaşdırılan 4 reys ləğv olunub.

Tbilisi hava limanından əsasən Yaxın Şərq istiqamətində uçuşlar dayandırılıb. Belə ki, Tel-Əvivə 7, Şarjaya 2, Dubaya 3, Dohaya 3, Əbu-Dabiyə 1 və Küveytə 1 reys həyata keçirilməyəcək.

Eyni zamanda, Batumi Beynəlxalq Hava Limanından Tel-Əviv istiqamətində nəzərdə tutulan 4 uçuş da ləğv edilib.

Xəbər lenti