IMG-LOGO

İranın yeni Ali rəhbərini Ekspertlər Şurası seçəcək

01 Mar 2026 12:42 2 baxış
IMG

İran konstitusiyasına əsasən, Ekspertlər Şurası Ali rəhbərin seçilməsi vəzifəsini öhdəsinə götürüb.

"Report" xəbər verir ki, bu barədə məlumat İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) teleqram kanalında yayılıb.

"Hazırda hamımız yaslı və kədərliyik, müsibət də olduqca ağır və böyükdür, lakin İran xalqı bilsin ki, hüquq sistemi və konstitusiyasında bu barədə heç bir qeyri-müəyyənlik yoxdur və təfərrüatları ilə tədbirlər nəzərdə tutulub", - məlumatda qeyd olunub.

Bildirilib ki, yeni rəhbərin seçilməsi Ekspertlər Şurasının vəzifəsidir və konstitusiyanın 111-ci maddəsinə əsasən aparılır.

Xəbər lenti