IMG-LOGO

Sərhədçilərimizin şərti sərhəddə darmadağın etdiyi erməni postu -FOTO -VİDEO

14 Feb 2024 11:13 243 baxış
IMG

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.

DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Lent.az APA-ya istinadən Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti