IMG-LOGO

Türkiyənin İnterpola verdiyi cinayətkar Azərbaycanda TUTULDU

28 Feb 2026 17:20 2 baxış
IMG
21 0

Azərbaycanda saxlanılan şəxs Türkiyəyə ekstradisiya olunub.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Daxil İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ölkənin beynəlxalq səviyyədə axtarışa verdiyi 41 nəfər müxtəlif ölkələrdə ələ keçirilib. Həmin şəxslər Gürcüstan, Almaniya, Albaniya, Belçika, İraq, İngiltərə, Bolqarıstan, Monteneqro, Sloveniya və Azərbaycanda saxlanılıblar.

Qeyd olunur ki, Türkiyə hüquq-mühafizə orqanları axtarışa verilənlərin saxlanılması üçün həmin ölkələrin güc strukturları ilə birgə tədbirlər görüblər.

Hadisələr interpol beynəlxalq axtarış

Xəbər lenti