IMG-LOGO

"Real" yayda Massimiliano Alleqrini baş məşqçi postuna gətirmək istəyir

04 Mar 2026 14:46 3 baxış
IMG

İspaniyanın "Real" klubunun rəhbərliyi cari mövsümün sonunda komandanın "sükanı arxasına" italiyalı mütəxəssis Massimiliano Alleqrini gətirmək niyyətindədir.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisi təcrübəli mütəxəssisi yayda "Milan"dan ayırmağa çalışacaq.

"Kral klubu"nun namizədlər siyahısında Yurgen Kloppun adı olsa da, almaniyalı mütəxəssis hazırda "Red Bull"un futbol strukturunda rəhbər vəzifədə çalışır.

Kloppun məşqçiliyə qayıtmaq istəməməsi Alleqrini "Real" üçün prioritet namizədə çevirib.

Qeyd edək ki, M.Alleqrinin hazırda İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Xəbər lenti