IMG-LOGO

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydaları dəyişdirilib

13.02.2024 18:56 115 baxış
IMG

Azərbaycanda "Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 saat vaxt müəyyən edilir.

Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiriləcək.

Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.

Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir, sualları 50 %-indən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə tutduğu vəzifəyə uyğun gəlmir qiymətləri verir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti