IMG-LOGO

Salyanda partlamamış mərmi aşkarlanıb

28 Feb 2026 13:54 3 baxış
IMG

Salyan rayonunun Xıdırlı kəndində partlamamış mərmi aşkarlanıb.

"Report"un Aran bürosunun məlumatına görə, mərmini Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Şirvan su kanalının sahilində tapıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Xəbər lenti