IMG-LOGO

Samsungun yeni 3000 dollarlıq smartfonundan ŞİKAYƏT - Ekranı xarab olur

27 Feb 2026 16:49 3 baxış
IMG
0 0

Samsung Galaxy Z TriFold modelini ilk alan istifadəçilər daxili ekranın qəfil sıradan çıxması ilə bağlı şikayətlər edirlər. Hazırda müraciətlərin sayı çox olmasa da, cihazın yüksək qiyməti fonunda bu cür nasazlıqlar narahatlıq doğurur.

Lent.az xarici mediaya istinadla xəbər veir ki, iki istifadəçi Reddit platformasında oxşar problem barədə paylaşım edib.

Onlardan birində nasazlıq təxminən bir ay yarımdan sonra yaranıb, digər istifadəçidə isə cəmi beş gün ərzində ortaya çıxıb. Odd-Drawer6410 ləqəbli istifadəçi bildirib ki, telefonun daxili ekranı qəfil sönüb və heç bir əmri qəbul etməyib. Onun sözlərinə görə, cihaz zərbə almayıb və yerə düşməyib. Başlanğıcda problem adi yenidən başlatma ilə aradan qalxsa da, bir neçə gündən sonra bu üsul da kömək etməyib və ekran tamamilə sıradan çıxıb.

Digər istifadəçi isə daxili ekranın əvvəlcə toxunuşları səhv emal etdiyini, ekranda olmayan nöqtələrdə kliklərin qeydə alındığını bildirib. Növbəti gün isə displey ümumiyyətlə işləməyib və ağ fon göstərməyə başlayıb.

Şirkət tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Bəzi ekspertlər ehtimal edirlər ki, problem cihazın üçqat qatlanan mürəkkəb konstruksiyası və bir neçə menteşədən keçən elastik şleyflərlə bağlı ola bilər.

Galaxy Z TriFold 2025-ci ilin dekabrında 2900 dollar qiymətinə təqdim olunub. Smartfon 10 düymlük daxili və 6,5 düymlük xarici ekran, Snapdragon 8 Elite prosessoru, 5600 mAh batareya və 200 meqapiksellik kamera ilə təchiz edilib. Bu model Samsung-un ilk “üçqat qatlanan” smartfonu və bazarda Huawei-dən sonra ikinci belə cihazdır.

Bundan əvvəl yayılan məlumata görə, Galaxy Z TriFoldun ekranının dəyişdirilməsi demək olar ki, yeni Galaxy S25 Ultra modelinin qiymətinə başa gəlir. Şirkət daxili ekranın bir dəfə yarı qiymətə dəyişdirilməsinə imkan verir.

Samsung Galaxy Fold

Xəbər lenti