IMG-LOGO

A Seriyasında komanda sayı azaldılacaq?

13 Feb 2024 10:37 101 baxış
IMG

A Seriyasında 20 komanda qalacaq. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya Futbolunun Böyük Liqasının Assambleyası komanda sayını 18-ə endirmək barədə təklifə mane olub. 

İmtina səbəbləri arasında belə bir arqument səslənir: "İngiltərə və İspaniyanın hər birinin əsas futbol liqasında 20 komanda olduğu üçün bizim geri qalmağımız düzgün deyil".

Xatırladaq ki, İtaliya A Seriyasında əvvəllər 18 komanda mübarizə aparırdısa, 2004/2005-ci il mövsümündən etibarən onların sayı 20 olub.  Qeyd edək ki, "İnter", Turin "Yuventus"u və "Milan" rəhbərliyi İtaliya A seriyasında komandaların sayının azaldılmasını təklif edib. 

Xəbər lenti