IMG-LOGO

“Brent” neftinin qiyməti cüzi artıb

13.02.2024 10:17 65 baxış
IMG

Fevralın 13-də neft qiymətləri tədricən artmağa başlayıb, çünki treyderlər yanacağa tələbatla bağlı perspektivləri və Yaxın Şərqdən tədarüklə bağlı fasilələrə dair riskləri qiymətləndirir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 82,08 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,1 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,16 % bahalaşaraq 1 barel üçün 77,04 ABŞ dolları olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti