IMG-LOGO

Xaçmazda gənc oğlan süni göldə boğuldu

12.02.2024 19:23 100 baxış
IMG

Xaçmazda 23 yaşlı oğlan süni göldə boğulub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.

F.Əliyevin cəsədi sudan çıxarılaraq Xaçmaz morquna gətirilib.

Hazırda fakt araşdırılır.

Xəbər lenti