IMG-LOGO

Ötən il Rusiyadan Fransa LNG tədarükü 41 faiz artıb

11.02.2024 10:13 66 baxış
IMG

2023-cü ilin doqquz ayının nəticələrinə əsasən, Rusiya Federasiyasından Fransaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41% artıb.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov məlumat verir.

Onun sözlərinə görə, 2022-ci ilin sonunda Rusiya Fransaya təbii qaz idxalına görə ABŞ-dan sonra ikinci olub.

Buna baxmayaraq, Rusiya Maliyyə Universitetinin eksperti və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, 2024-cü ilin yanvarına Rusiyadan LNG ixracının həcmi azalıb.

“Kpler” analitiklərinin fikrincə, cari ilin ilk ayında (2,9 milyon ton) Rusiyadan LNG ixracının ümumi həcmi 2023-cü ilin dekabr ayı (3,17 milyon ton ) ilə müqayisədə 8% azalıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti