IMG-LOGO

Fuad Oktay: ABŞ-İran gərginliyi bölgəni qeyri-müəyyənliyə sürükləyir

24 Feb 2026 01:40 56 baxış
IMG

Türkiyə Cənubi Qafqazdakı sabitliyin İran, Rusiya və Ukraynada da əldə edilməsini istəyir.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay jurnalistlərə açıqlayıb.

"Rusiya-Ukrayna müharibəsi ilə ABŞ-İran gərginliyi bölgəni qeyri-müəyyənliyə sürükləyir. Gərginliyin azaldılması üçün prezidentlərimiz və xarici işlər nazirlərimizin sıx təmasları davam edir. Bu təmaslar parlamentlər səviyyəsində də fəal həyata keçirilməlidir".

Qeyd edək ki, Fuad Oktay Bakıda səfərdədir.

Mənbə: report.az

Xəbər lenti