IMG-LOGO

Maka Boçorişvili: Abxaziya və Sxinvali bölgəsi hələ də işğal altındadır

23 Feb 2026 19:04 3 baxış
IMG

Gürcüstan ərazisinin ayrılmaz hissələri olan Abxaziya və Tsixinvali (Cənubi Osetiya) bölgəsi hazırda Rusiyanın işğalı altındadır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Cenevrədə BMT İnsan Hüquqları Şurası çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə yerli əhali fundamental hüquq və azadlıqlardan məhrumdur, qanunsuz həbslər, pis rəftar və etnik ayrı-seçkilik halları davam edir.

M.Boçorişvili deyib ki, yüz minlərlə məcburi köçkün hələ də təhlükəsiz şəkildə öz evlərinə qayıda bilmir. Eyni zamanda beynəlxalq insan hüquqları mexanizmlərinin işğal olunmuş ərazilərə girişinə icazə verilmir və hesabatlılıq mexanizmləri effektiv şəkildə işləmir.

Xəbər lenti