IMG-LOGO

Qazaxıstan ABŞ ilə birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır

23 Feb 2026 14:37 3 baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və "Air Astana" aviaşirkətinin baş icraçı direktoru Piter Foster görüş zamanı iki ölkə arasında birbaşa hava əlaqəsinin açılması perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Görüşdə tərəflər aviasiya sektorunun inkişafı məsələlərini müzakirə ediblər.

"Görüşdə Qazaxıstan və ABŞ arasında birbaşa hava əlaqəsinin açılması, belə reyslərin yerinə yetirilməsi üçün zəruri olan uzaqmənzilli hava gəmilərinin alınması məsələlərinə xüsusi diqqət yetirilib", - məlumatda deyilir.

Görüşün sonunda Tokayev aviasiya sektorunun rəqabət qabiliyyətinin daha da artırılmasının və ölkənin beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti