IMG-LOGO

Ermənistanda hərbçinin öldürülməsi ilə bağlı iki nəfər həbs edilib

23 Feb 2026 11:26 4 baxış
IMG

Ermənistanın Sevan şəhərində 19 yaşlı hərbçi Aram Xaçatryanın qətlə yetirilməsi ilə bağlı cinayət işi çərçivəsində iki nəfər həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə cinayət işi açılıb.

Daha əvvəl verilən məlumata görə, fevralın 21-də Sevanda "Vətən müdafiəçisi" proqramının iştirakçısı Aram Xaçatryan öldürülüb. İstintaq tədbirləri nəticəsində N.M. və A.M. bir ay müddətinə həbs edilib.

Xatırladaq ki, Xaçatryan 2025-ci ildə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb. Altı ay sonra o, müqavilə imzalayıb və doğma kəndi yaxınlığında yerləşən hərbi hissədə xidmətini davam etdirib. Hadisədən iki gün əvvəl o, növbəsini başa vuraraq naməlum səbəblərdən Sevana gedib və orada öldürülüb.

Xəbər lenti