IMG-LOGO

İran və İraqın XİN başçısları regional vəziyyəti müzakirə ediblər

23 Feb 2026 09:19 3 baxış
IMG

İran və İraqın xarici işlər nazirləri telefonla regional və beynəlxalq hadisələri, o cümlədən Tehran və Vaşinqton arasında davam edən nüvə danışıqlarını müzakirə ediblər.

"Report" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İraqın xarici işlər naziri Fuad Hüseynə Tehranla ABŞ arasında reallaşmış görüşlər barədə məlumat verib.

Məlumata görə, nazirlər cari regional və beynəlxalq hadisələri nəzərdən keçirərək, qarşılıqlı maraq kəsb edən məsələlərdən danışıblar.

Abbas Əraqçi İran-ABŞ nüvə danışıqları ilə bağlı son hadisələr barədə də izahat verib.

İraqın xarici işlər naziri ölkəsinin Tehran-Vaşinqton danışıqlar prosesinə dəstəyini təsdiqləyib. O, hazırkı danışıqların İran üçün əlverişli nəticələr verəcəyinə və regional sülhə, sabitliyə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Bildirilib ki, Bağdad gərginliyin azaldılmasına və Yaxın Şərqdə sabitliyin təmin edilməsinə yönəlmiş diplomatik qarşılıqlı əlaqəni ardıcıl olaraq dəstəkləyir.

Xəbər lenti