IMG-LOGO

Ötən il SOCAR qazma işlərini 1 %-dən çox artırıb

10.02.2024 09:04 70 baxış
IMG

2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 73 987 metrə yaxın qazma işləri həyata keçirilib.

Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 903 metr və ya 1,2 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə SOCAR tərəfindən 73 084 metr qazma işləri həyata keçirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti