IMG-LOGO

Türkiyədə zəncirvari qəza baş verib, 14 nəfər xəsarət alıb

23 Feb 2026 02:14 5 baxış
IMG

Türkiyənin Sakarya şəhərində 16 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, sərnişin avtobusu, yük maşını və minik avtomobillərinin toqquşduğu qəzada 14 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb. Qəza səbəbindən magistralda tıxac yarandığı bildirilib, Ankara istiqamətində isə nəqliyyatın hərəkəti dayanıb.

Hadisənin baş vermə səbəbləri arşdırılır.

Xəbər lenti