IMG-LOGO

Bermud adası yaxınlığında dəhşətli səslər qeydə alınıb: bu nə olub?

22 Feb 2026 13:43 2 baxış
IMG
0 0

Alimlər təxminən 80 il əvvəl yazılmış qozbel balina mahnılarının səs yazılarını aşkar ediblər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu dəhşətli melodiya 1949-cu il martın 7-də qeydə alınıb və bu, tarixdə ən erkən məlum balina mahnısı səs yazısı olub. 

"Bu qeydi Bermud adaları yaxınlığındakı Vuds-Hol okeanoqrafiya institutunun alimləri edib, lakin o zaman tam olaraq nə eşitdiklərini başa düşməyiblər, buna görə qeyd heç vaxt kataloqlaşdırılmayıb", - dəniz bioakustik və Vuds-Hol okeanoqrafiya institutunun fəxri elmi işçisi Piter Tiak deyib.

Qozbel balinaların oxuması dünyanın bir çox insanı üçün o qədər tanış bir səsə çevrilib ki, dəniz bioloqlarının onu tanımaması qəribə görünür. Lakin, bu lentin kəşfindən əvvəl ən erkən səs yazılarının 1950-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı mikrofonları tərəfindən yazıldığı düşünülür.

Bu səslər 1970-ci illərdə dəniz bioloqu Rocer Peyn tərəfindən "Qozbel balinanın mahnıları" albomunu çıxararkən ictimaiyyətin diqqətinə çatdırılıb. 1949-cu il yazısı, Vuds-Hol okeanoqrafiya institutunun arxivçiləri köhnə audio materialları rəqəmsallaşdırarkən aşkar edənə qədər anbarlarda toz altında qalıb. Tiak qeyd edib ki, onlar bu kəşfin nə qədər əhəmiyyətli olduğunu dərhal anlayıblar.

Səslər ABŞ Hərbi dəniz tədqiqatları idarəsi ilə birgə aparılan sonar sınaqları və partlayıcı maddələrin miqdarının ölçülməsi zamanı qeydə alınıb. O dövrdə sualtı səsyazma inkişafında yeniliklər müşahidə olunub və tədqiqatçılar müxtəlif dəniz səslərinin mənşəyi haqqında az şey biliblər.

Vuds-Hol okeanoqrafiya institutunun baş bioakustik mütəxəssisi Laela Sayn bildirib: "Həmin dövrün məlumatları əksər hallarda mövcud deyil. Səs mənbələrinin sayının və növlərinin artması səbəbindən okean bu gün daha səs-küylüdür. Bu səsyazma bizə qozbel balina səslərinin zamanla necə dəyişdiyini anlamağa imkan verir və həmçinin insan fəaliyyətinin müasir okean səs mənzərəsini necə formalaşdırdığını qiymətləndirmək üçün başlanğıc nöqtəsi rolunu oynayır".

Son 80 ildə okean gəmiçilik, tikinti və neft-qaz kəşfiyyatı səbəbindən daha çox işlək və səs-küylü bir yerə çevrilib. Texnologiya da böyük sıçrayışlar edib: 1949-cu ildə səs yazısı, ehtimal ki, "Vuds-Hol okeanoqrafiya institutunun çamadanı" kimi tanınan eksperimental cihazda qeydə alınıb və daha sonra Gray Audograph ofis səsyazma cihazı istifadə edərək plastik disklərə köçürülüb. Bu gün elm adamları planerlərdən, hidrofonlardan və muxtar sualtı robotlardan istifadə edirlər.

Balinalar böyük məsafələrə səyahət etdikləri üçün onları vizual olaraq öyrənmək çətindir. Onların fəaliyyətini dinləmək tədqiqatçılara onların həyatı haqqında daha çox məlumat əldə etməyə kömək edir. 

Tiak vurğulayır: "Sualtı səs yazıları həssas balina populyasiyalarını qorumaq üçün güclü bir vasitədir".  

Bermud adası dəhşətli səslər

Xəbər lenti