Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin yanvar hadisələrində həlak olanların xatirəsinə həsr olunmuş mitinqi etiraz aksiyasına çevrilib.
Lent.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Tehran və Məşhəd şəhərlərində bir neçə universitetdə də nümayişlər keçirilib. Qeyd olunur ki, Şərif Texnologiya Universitetində keçirilən aksiya “Bəsic” qüvvələrinin könüllü dəstələri ilə toqquşma ilə nəticələnib.
İran Tehran Məşhəd Şərif Texnologiya Universiteti tələbə etirazı Fars agentliyi Bəsic qüvvələri aksiyalar yanvar hadisələri ictimai narazılıq