IMG-LOGO

Windows 11-ə yeni funksiya gəldi - İnternet sürətiniz artır

22 Feb 2026 09:35 3 baxış
IMG
0 0

Windows 11 əməliyyat sistemində yeni daxili funksiya istifadəyə verilib.

Lent.az xəbər verir ki, məlumat Microsoft şirkətinin rəsmi saytında dərc olunub.

Sürət testi necə işləyir?

Funksiya birbaşa tapşırıqlar panelinə inteqrasiya edilib. Testi başlatmaq üçün istifadəçi şəbəkə ikonuna sağ klik edir və “İnternet sürətini yoxla” (Perform speed test) bölməsini seçir.

Bundan sonra sistem avtomatik olaraq standart brauzeri açır və bağlantı sürətini ölçür. Xidmət Ethernet, Wi-Fi və mobil şəbəkə vasitəsilə qoşulmaları dəstəkləyir.

Tərtibatçıların sözlərinə görə, bu yenilik internet problemlərinin diaqnostikasını xeyli asanlaşdırır və əlavə saytlar axtarmağa ehtiyacı aradan qaldırır.

Kimlər istifadə edə bilər?

Hazırda funksiya Windows 11-in ilkin (preview) versiyasında mövcuddur və yalnız Windows Insider proqramının iştirakçıları üçün əlçatandır. Yeniləmənin test istifadəçiləri arasında mərhələli şəkildə yayılması planlaşdırılır.

Digər yeniliklər

KB5077241 yenilənməsi ilə birlikdə sistemə əlavə olaraq sürətli sistem bərpası funksiyası, veb-kamera üçün genişləndirilmiş parametrlər, sistemə giriş zamanı ehtiyat nüsxə imkanı, yeni emojilər əlavə edilib.

Stabil versiyanın bütün istifadəçilər üçün təqdimatı test mərhələsi başa çatdıqdan və mümkün xətalar aradan qaldırıldıqdan sonra gözlənilir.

Xatırladaq ki, daha əvvəl Windows 11 istifadəçiləri KB5077181 yenilənməsini quraşdırarkən problemlərlə üzləşmişdilər. Həmin yeniləmə bəzi cihazlarda sonsuz yenidənbaşlama (restart) problemi yaradırdı.

noutbuk kompüter

Xəbər lenti