IMG-LOGO

İranda etirazlar zamanı həlak olanların tam siyahısı ictimaiyyətlə paylaşılıb

21 Feb 2026 07:43 2 baxış
IMG

İranda etirazlar zamanı həlak olan şəxslərin tam siyahısı dərc olunub.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial media hesabında paylaşım edib.

Əraqçi bildirib ki, hökumət "tam şəffaflıq vədinə sadiq qalaraq" etirazlar zamanı həlak olmuş 3 117 nəfərin, o cümlədən 200 zabitin tam siyahısını dərc edib.

Qeyd edək ki, daha əvvəl iğtişaşlar zamanı həlak olmuş 2 986 nəfərin siyahısı dərc olunmuşdu.

İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilmişdi.

Xəbər lenti