IMG-LOGO

"WhatsApp"da YENİ FUNKSİYA

21 Feb 2026 07:31 2 baxış
IMG
0 0

"WhatsApp" tətbiqində qrup çatlarının idarəetmə imkanlarını genişləndirən yeni funksiya istifadəyə verilib.

Lent.az xəbər verir ki, yeniliyin tətbiqi barədə məlumat xidmətin rəsmi saytında dərc olunub.

Artıq qrupların administratorları və iştirakçıları yeni qoşulan istifadəçilərə çatdakı son mesajları göndərə biləcəklər ki, onlar müzakirə olunan aktual mövzulara daha tez qoşula bilsinlər. Bu funksiya istifadəçilər tərəfindən ən çox tələb olunan yeniliklərdən biri idi və artıq müxtəlif platformalarda əlçatandır.

Yeni iştirakçı qrupa əlavə edilərkən ona 100-ə qədər son mesajı göndərmək mümkündür. Bu, ekran görüntüsü (screenshot) almaq və ya yazışmanı ayrıca yönləndirmək zərurətini aradan qaldırır. Eyni zamanda, yeni istifadəçilər yalnız seçilmiş son mesajlara giriş əldə edirlər, digər qrup üzvləri isə hansı mesajların paylaşıldığını görə bilirlər.

Şirkət vurğulayır ki, mesaj tarixçəsi şəxsi yazışmalar səviyyəsində başdan-başa şifrələmə ilə qorunur. Şəffaflığın təmin olunması məqsədilə tarixçə göndərilərkən bütün qrup iştirakçıları göndərəni və paylaşılma vaxtını göstərən bildiriş alırlar. Göndərilən mesajlar vizual olaraq adi yazışmalardan fərqləndirilir.

Administratorlar bu funksiyanı öz qrupları üçün deaktiv edə bilərlər. Bununla belə, onların yazışma tarixçəsini paylaşmaq imkanı saxlanılır.

"WhatsApp" bildirib ki, yeni funksiya mərhələli şəkildə istifadəçilərin ixtiyarına verilir.

WhatsApp

Xəbər lenti