İran xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Abdel Ati ilə telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.
Tərəflər regional və beynəlxalq hadisələr barəsində fikir mübadiləsi aparıblar.
A.Əraqçi nüvə məsələsi ilə bağlı İranın mövqeyini ətraflı şəkildə izah edib və misirli həmkarını Cenevrədə ABŞ ilə keçirilən son görüş barədə məlumatlandırıb.
Misirin XİN rəhbəri davam edən diplomatik prosesə dəstəyini ifadə edib və hər iki tərəf üçün məqbul olan çərçivəyə nail olmaq məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.