Probasiya nəzarətində olan şəxslərin törətdiyi cinayətlər bir faizi keçmir.
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayev Hakimlərinin II Forumu çərçivəsində baş tutan panel müzakirəsində deyib.
O bildirib ki, iki il ərzində probasiya xidmətində böyük işlər görülüb:
"Probasiya Xidmətinin inkişafına çox böyük diqqət yetirilir. 2018-ci ildən ölkəmizdə probasiya xidməti fəaliyyət göstərir. Son iki il ərzində probasiya ximdətini tək nəzarət deyil, eyni zamanda reabilitasiya qurumuna da çevirə bilmişik. Ötən dövrdə bir sıra Avropa dövlətlərinə səfərlər olub. Biz ali təhsil müəssisəsində təhsil alan psixoloqları Probasiya Xidmətinə cəlb etdik. Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişlənməsinə çalışırıq".
O, Xidmətdə Avropa ölkələrinin təcrübələrini tətbiq edildiyini, təcrübə mübadiləsi aparıldığını vurğulayıb:
"Bu istiqamətdə fəaliyyət davam etdirilir. Təhillər göstərir ki, probasiya nəzarətində olan şəxslərin törətdiyi cinayət bir faizi keçmir. Bu, aşağı göstərici sayılır. Artıq hakimlərin probasiya xidmətinə sorğu göndərmək imkanı olacaq. Biz ilk dəfə olaraq həm məhkumlarla, həm də zərərçəkənlərlə işləyirik. Barışmalar nəticəsində cəzadan azad etmə tətbiq olunur".