IMG-LOGO

Asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılması ilə bağlı dəyişiklik təsdiqlənib

20 Feb 2026 16:50 2 baxış
IMG

Asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılır.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Xəbər lenti