IMG-LOGO

Ötən il Ali Məhkəmədə ƏƏMSN-dən şikayətlər üzrə qəbul edilən qərarların sayı azalıb

20 Feb 2026 15:38 2 baxış
IMG

Ötən il Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏMSN) ilə bağlı vətəndaşlardan daxil olan şikayətlər üzrə 1353 qərar qəbul olunub.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutanda panel müzakirədə deyib.

Onun sözlərinə görə, bu da 2024-cü illə müqayisədə qərarların sayında azalma olduğunu göstərir:

"Belə ki, 2024-cü ildə Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı vətəndaşlardan daxil olan şikayətlər üzrə 1434 qərar qəbul olunmuşdu. Bu həm də inzibati qərarın keyfiyyətinin yüksəlməsi, vətəndaşlar üçün mübahisələrin azalması deməkdir".

Nazir müavini həmçinin bildirib ki, 2025-ci ildə 116 iş məhkəmədən kənar qaydada vətəndaşın xeyrinə həll edilib.

Xəbər lenti