Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Dadaş Dadaşov dəfn olunub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Mollaisalar kənd qəbiristanlığında torpağa tapşırılıb.
15:25
Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Dadaş Şərif oğlu Dadaşovla vida mərasimi keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, D.Dadaşov 1972-ci il fevralın 15-də Ağdərənin İmarət Qərvənd kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.
D.Dadaşov Bərdənin Mollaisalar kənd qəbiristanlığında dəfn olunacaq.