ABŞ ötən həftə BMT-nin büdcəsinə 160 milyon dollar köçürüb.
APA xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik məlumat verib.
"Ötən həftə biz BMT-nin müntəzəm büdcəsinə borcun qismən ödənilməsi kimi ABŞ-dan təxminən 160 milyon dollar aldıq", - o bildirib.
Fevral ayının əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin müntəzəm büdcəsinə olan borcu təxminən 2,19 milyard dollar təşkil edir ki, bu da bütün BMT ölkələrinin ümumi borcunun 95%-nə bərabərdir.
Bundan əlavə, ABŞ BMT-nin sülhməramlı əməliyyatlarına təxminən 2,4 milyard dollar toplayıb və BMT tribunallarına təxminən 43 milyon dollar borcu var.
BMT, ən böyük donoru olan ABŞ-ın müntəzəm büdcəyə borcunu ödəməkdən imtina etməsindən və agentlikləri üçün könüllü maliyyələşdirməni azaltmasından sonra likvidlik böhranı ilə üzləşir.
“Reuters”-in məlumatına görə, ABŞ-ın BMT-yə yardımı 2025-ci ildə 3,3 milyard dollara düşüb ki, bu da BMT-nin ümumi maliyyələşməsinin təxminən 14,8%-ni təşkil edir.
Vaşinqton 2024-cü ildə təşkilata 14,1 milyard dollar, 2022-ci ildə isə 17,2 milyard dollar ayırıb.
BMT