IMG-LOGO

Sabiq energetika naziri haqqında həbs qətimkan tədbiri seçildi

17 Feb 2026 22:41 3 baxış
IMG
4 0

Məhkəmə Ukraynanın sabiq energetika naziri Herman Qaluşenko haqqında həbs qətimkan tədbiri seçib.

Lent.az xəbər verir ki, sabiq nazir "Energoatom"da genişmiqyaslı rüşvət sxemi təşkil etməkdə şübhəli bilinir.

Məhkəmə bildirib ki, Qaluşenko 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) girov müqabilində azadlığa buraxıla bilər.

Qeyd edək ki, Qaluşenko 15 fevralda ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. O, Ukraynanın bütün nüvə elektrik stansiyalarının operatoru olan "Energoatom"da baş verən yüksək səviyyəli korrupsiya işində şübhəli bilinənlərdən biridir.

energetiak naziri Ukrayna

Xəbər lenti