IMG-LOGO

Moskvada azərbaycanlı ər-arvad özlərini binadan atıb öldürdülər - YENİLƏNİB

17 Feb 2026 17:45 3 baxış
IMG
41 2

Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan, 42 yaşlı Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 39 yaşlı Ayğün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

Mərhumun nəşi bu geçə doğulduğu Ucar rayonuna gətiriləcək.

Ölümün səbəbi məlum deyil.

Cütlüyün üç uşağının qaldığı bildirilir.

*** 16 fevral, saat: 23:07

Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, intihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.

Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb.

Rusiya mətbuatı ər və arvad milliyətcə azərbaycanlı olduğunu yazıb.

Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.

İntiharın səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.

Moskva intihar

Xəbər lenti