IMG-LOGO

Naxçıvanda bank əmanətləri 50 % artıb

16 Feb 2026 12:38 3 baxış
IMG

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 38,3 milyon manat əmanəti olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 50,1 % çoxdur.

Əmanətlərin 93,1 %-i milli, 6,9 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 48,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 % artıb.

Xəbər lenti