IMG-LOGO

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-ə yaxın artıb

16 Feb 2026 12:51 5 baxış
IMG

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 123,8 milyon manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü illə müqayisədə 0,7 % çoxdur.

Xatırladaq ki, ötən ay Azərbaycanın ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Xəbər lenti