IMG-LOGO

ABŞ İsrailin İranı vurması halında bu yardımları göstərəcək

16 Feb 2026 01:16 3 baxış
IMG
0 0

ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olacağı təqdirdə İsrailə İrana zərbələrini dəstəkləyəcəyi ilə bağlı zəmanət verib.

Lent.az xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu mövqeyini 2025-ci ilin dekabr ayının sonlarında İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.

“CBS News”un məlumatına görə, Pentaqon və ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni zərbələrini dəstəkləmək imkanlarını müzakirə edirlər.

Qeyd olunur ki, ABŞ administrasiyası daxilində gedən müzakirələr əsasən ABŞ-ın necə kömək edə biləcəyi, o cümlədən İsrail təyyarələrini yanacaqla təmin etmək və onların üçüncü tərəf ölkələri üzərindən uçması üçün icazə almaqla bağlı aparılır.

ABŞ İran

Xəbər lenti