Şimali Koreya lideri Kim Çen In tezliklə qızı Kim Çju Enin varisi təyin olunacağını elan edə bilər. Əgər bu baş verərsə, o, KXDR-in ilk qadın lideri olacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə cənubi koreyalı millət vəkilləri Park Sonqvon və Li Sonq-quna istinadən məlumat yayılıb. Onların sözlərinə görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) bu iddianı parlament kəşfiyyat komitəsi üçün qapalı brifinqdə paylaşıb.
"Kim Çju E Koreya xalq ordusunun təsis ildönümünün qeyd edilməsi və Kımsuan Günəş sarayına səfəri də daxil olmaqla müxtəlif tədbirlərdə iştirak etdiyi və bəzi hökumət qərarları ilə bağlı fikirlərini bildirdiyi üçün Milli Kəşfiyyat İdarəsi onun varis roluna hazırlıq mərhələsinə qədəm qoyduğuna inanır", - Li bildirib.
Kim Çen In Şimali Koreya Kim Çju E varis