Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-yə icrası məcburi göstərişlər verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb. "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.