IMG-LOGO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti auditor seçir

12 Feb 2026 10:22 4 baxış
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Xidmətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 90 min manat ödənilib.

Xəbər lenti