IMG-LOGO

Rusiyada "WhatsApp" tamamilə bloklandı

11 Feb 2026 21:55 4 baxış
IMG
0 0

Rusiyada "WhatsApp" mesenceri birdəfəlik bloklanıb.

Lent.az xəbər verir ki, bu barədə yerli informasiya mənbələri məlumat yayıb.

Mesencerə məxsus domen adı Milli Domen Adları Sisteminin reyestrindən çıxarılıb.

Bu səbəbdən artıq ölkə daxilində VPN xidmətlərindən istifadə etmədən "WhatsApp" tətbiqinə giriş qeyri-mümkündür.

Xatırladaq ki, daha əvvəl "YouTube" videohostinq platforması da analoji qaydada bloklanmışdı.

WhatsApp Rusiyada

Xəbər lenti