IMG-LOGO

Azərbaycan banklarının strateji hədəfləri müzakirə edilib

11 Feb 2026 14:57 5 baxış
IMG

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının strateji hədəfləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Linkedin" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, qurumda kommersiya banklarının rəhbərləri ilə 2026-cı ilin ilk görüşü keçirilib: "Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinə təsir göstərə biləcək əsas struktur və mövcud çağırışları müzakirə etdik. Bu zaman sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlərdən danışdıq. Cari il üzrə strateji hədəflər, həmçinin tənzimləmə və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər ətrafında geniş fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Xəbər lenti