IMG-LOGO

Agentlər iPhone 13-ü sındıra bilmədilər - Sahibi hansı rejimi aktivləşdirib?

11 Feb 2026 10:14 4 baxış
IMG
0 0

ABŞ Federal Təhqiqat Bürosu iPhone 13 smartfonuna giriş əldə etməyə çalışarkən ciddi texniki maneə ilə üzləşib. Məlumata görə, cihaz The Washington Post nəşrinin jurnalisti Hanna Natansona məxsus olub və istintaq çərçivəsində müsadirə edilib

Lent.az xarici mediaya istinadla xəbər verir ki, FTB mütəxəssisləri iki həftədən artıq müddətdə cihazın mühafizə sistemini deaktiv etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Səbəb isə smartfonda aktivləşdirilmiş Lockdown Mode rejimi olub. 30 yanvar tarixli məhkəmə sənədinə görə, FTB-nin elit kompüter analiz qrupu olan CART bu rejimə görə telefondan heç bir məlumat çıxara bilməyib.

Qeyd edək ki, Lockdown Mode rejimi iOS 16 versiyası ilə təqdim olunub və əsasən yüksək kiber risklərlə üzləşən istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya cihazın imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq potensial təhlükəli əlavələri və faylları bloklayır.

Rejim brauzerin funksiyalarını azaldır, ekran kilidli olduğu halda kabel bağlantılarını deaktiv edir və cihazın idarəetmə profillərinin quraşdırılmasına qadağa qoyur.

Bu təhlükəsizlik tədbirləri hüquq-mühafizə orqanlarının adətən smartfonların açılması üçün istifadə etdiyi alətlərin böyük hissəsini faktiki olaraq sıradan çıxarır.

Nəticədə, bütün texniki imkanlara baxmayaraq, FTB mütəxəssisləri jurnalistin smartfonundakı məlumatlara çıxış əldə edə bilməyiblər. Hadisə müasir mobil təhlükəsizlik sistemlərinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirib.

texno telefon

Xəbər lenti