ABŞ Ədliyyə Nazirliyinin yaydığı yeni Epsteyn sənədlərinə daxil edilmiş bir şəkil tez bir zamanda böyük səs-küyə səbəb olub. Lent.az xarici mediaya istinadla bildirir ki, şəkildə Epsteyn və iki kişi bir masada işləyir, altında isə bikini və ayaqyalın bir qadın görünür. Kişilər kompüterə və qeydlərinə baxarkən qadın masanın altında sürünür. Masanın arxasındakı divarda çılpaq körpənin rəsmi də görünür.
Beynəlxalq ictimaiyyət Ceffri Epşteyn işi ilə bağlı müzakirələri davam etdirərkən, ABŞ Ədliyyə Nazirliyi yeni şəkil və sənədləri yayımlayıb.
Yeni yayımlanan görüntülərdə Epsteyn və iki kişinin masada işlədiyi, kişilərin kompüterə və qeydlərinə baxarkən isə bikinili və ayaqyalın bir qadının masanın altında süründüyü görünür.
Bu arada, kişilərin oturduğu masanın arxasındakı divarda çılpaq körpənin rəsmi də var. ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri rəsmi qara lentlə örtsələr də, şəkilin harada çəkildiyi barədə heç bir məlumat paylaşılmayıb.
Epşteynin idman şalvarında "LSJ" hərfləri yazılıb. ABŞ mediası bunun Epşteynin "Kiçik Müqəddəs Ceyms" kimi də tanınan şəxsi adasının qısaltması ola biləcəyini ehtimal edir. Ən kiçiyi 14 yaşında olan, 18 yaşından kiçik onlarla qıza cinsi istismarda və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 2019-cu il avqustun 10-da Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
Açıqlanan Epşteynin işi sənədlərində şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhurlar yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhurların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyini açıqlayıb.
Ceffri Epşteyn maliyyəçi Epşteyn işi