IMG-LOGO

ABŞ-da təyyarə maşın yoluna məcburi endi: yaralılar var

10 Feb 2026 03:10 3 baxış
IMG
0 0

ABŞ-ın Corciya ştatının Geyns­vill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib. Lent.az xəbər verir ki, bu barədə "Fox5" məlumat yayıb.

Pilotun sözlərinə görə, təyyarə Qeyns­villdən qalxdıqdan sonra mühərrik sıradan çıxıb. O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.

Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.

abş təyyarə

Xəbər lenti